10 C
Baku
Wednesday, November 6, 2024

Gürcüstandan Azərbaycana pul köçürmələrinin həcmi artıb

Ötən ay Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 899,4 min dollar pul köçürülüb.

Gürcüstan Milli Bankına istinadən xəbərə görə, bu, 2015-ci ilin dekabr ayı ilə müqayisədə 193,1 min dollar və ya 27,34% çoxdur. Noyabr ayı ilə müqayisədə dekabr ayında Gürcüstandan ölkəmizə pul axını 139,5 min dollar və ya 13,43% azalıb.

Ötən ay Azərbaycandan Gürcüstana 1 mln. 885 min dollar pul göndərilib ki, bu da 2015-ci ilin dekabr ayına nisbətən 449,7 min dollar və ya 31,33% çoxdur. Bu ilin dekabr ayı ilə noyabr ayını müqayisə edəndə məlum olur ki, ötən ay Azərbaycandan Gürcüstana pulköçürmələrin həcmi 480,1 min dollar və ya 34,17% artıb.

Ümumiyyətlə, ötən il ərzində Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 14 mln. 751,1 min dollar, Azərbaycandan Gürcüstana isə 8 mln. 800,6 min dollar göndərilib.
APA

Son xəbərlər
Digər xəbərlər