Ötən iş gününə nisbətdə, günorta saatlarına qədər banklar dolların satış qiymətini azaltmışdı. Lakin, valyuta hərracından sonra banklardan biri dolların satış qiymətini yenidən dəyişib.
Banker.az-ın araşdırmasına görə, valyuta hərracında dolların bahalaşmasından sonra “Bank of Baku” ABŞ valyutasının satış qiymətini 1,8700 manatdan 1,8900 manata kimi artırıb. Bu bankda dolların alış qiyməti isə 1,7950 manatır.
Xatırladaq ki, bu gün valyuta hərracında dollar 1.8045 manat olub.