6 C
Baku
Monday, December 16, 2024

Azərbaycandakı Kredit Təşkilatları üçün sərfəli təklif

Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununa əsasən kreditlərin verilməsi nağdsız qaydada həyata keçirilməlidir. Bu məqsədlə, BOKT-lar MilliKart tərəfindən təklif olunan xidmətdən istifadə etməyə maraq göstərirlər. Xidmət BOKT-ların müştərilərinə kreditlərin plastik kartlarla verilməsini nəzərdə tutur. Qanunvericiliyə tam uyğun və təhlükəsiz olan bu xidmət çərçivəsində müştərilər əldə etdikləri kartlarla 24/7 bankomatlarda, həmçinin POS-terminallarda nağd vəsaiti əldə edə və nağdsız əməliyyatları həyata keçirə bilərlər. Xidmətin üstünlükləri – müştəri məlumatlarının məxfiliyin qorunması, 24/7 çağrı mərkəzinin mövcudluğu, cari xərclərin azaldılması, geniş xidmət şəbəkəsi və aparılan əməliyyatlar üzrə detallı hesabatların əldə edilməsidir.

Qeyd etmək istərdik ki, MilliKart regiondakı güclü proqram-aparat təchizatına malik olan sürətlə inkişaf edən şirkətlərdən biridir. MilliKart-ın şəbəkəsinə Azərbaycan Respublikasında xidmət olunan kommersiya bankları, “Azərpoçt” MMC və Bank Olmayan Kredit Təşkilatları daxildir. Hazırda, MilliKart-ın şəbəkəsində “İDEAL Kredit”, “FİNCA”, “TBC Kredit” kimi BOKT-lar xidmət olunur.

Son xəbərlər
Digər xəbərlər