Azərbaycan prezidenti İlham Əliyev yanvarın 16-da Davosda “McKinsey” şirkətinin qlobal idarəedici tərəfdaşı Dominik Barton ilə görüşüb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Söhbət zamanı “McKinsey” şirkətinin bu yaxınlarda Bakıda ofisinin fəaliyyətə başladığı və artıq bu şirkətin 20-yə yaxın layihədə, o cümlədən Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin hazırlanmasında iştirak etdiyi vurğulandı”, – deyə məlumatda deyilir.
Tərəflər əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə ediblər, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
“McKinsey & Company” – strateji idarəçilik ilə bağlı məsələlərin həllində ixtisaslaşan beynəlxalq konsaltinq şirkətidir. Məsləhətçi qismində şirkət dünyanın iri şirkətləri, dövlət idarələri və qeyri-kommersiya təşkilatları ilə əməkdaşlıq edir.
Interfax-Azərbaycan