Bu gün İslam İnkişaf Bankının (İİB) vitse-prezidenti Sayed Ağa Bakıya səfər edəcək.
Bu barədə Trend-ə ölkə hökumətindən məlumat verilib.
Məlumatda bildirilir ki, vitse-prezidentin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 20-dək Bakıda olacaq. Bu müddət ərzində Azərbaycan və İİB arasında ölkənin iqtisadi və maliyyə prioritetlərinə, yaxın illərdə hökumətin həyata keçirilməsi planlaşdırılan tədbirlərə və digər məsələlərə dair müzakirələr aparılacaq.