14 C
Baku
Thursday, November 7, 2024

Azərbaycan əhalisi avro alışını azaldıb

Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində 2016-cı ilin noyabr ayında kommersiya banklarından xalis avro alışı 25 122,5 min təşkil edib. 

Azərbaycan Mərkəzi Bankına istinadən xəbərə görə, bu, analoji oktyabr göstəricisindən 14 131,9 min avro və ya 36% azdır. Belə ki, oktyabrda bankların xalis avro satışı 39 254,4 min təşkil edib.

Nəticədə, 2016-cı ilin ilk 11 ayında kommersiya banklarının əhaliyə toplam xalis avro satışı 257 518,7 min avro olub. Bu da əvvəlki ilin analoji dövrü (754 947,4 min avro) ilə müqayisədə 3 dəfəyə yaxın azdır.

Qeyd edək ki, 2015-ci ilin noyabrında bankların əhaliyə xalis avro satışının həcmi 65 755 min təşkil edib. Bu, 2016-cı ilin noyabr ayına nisbətən 2,6 dəfə çoxdur.

Report

Son xəbərlər
Digər xəbərlər