“AmrahBank” 2015-ci il kimi 2016-cı ilidə zərərlə başa vurub.
Banker.azın verdiyi məlumata görə, bankın 2016-cı ildə ümumi zərərinin həcmi təxminən 8.5 mln. manat təşkil edib. Məlumat üçün bildirək ki, keçən il bu rəqəm təxminən 6.1 mln. manat idi.
Mənfi tendensiya bankın aktivlərindədə özünü göstərib. Belə ki, 2015-ci ildə 304 mln. manat olan aktivlər, bir il sonra, yəni 2016-cı ilin sonuna 256 mln. manata düşmüşdür. Məsələnin müsbət tərəfi, bu azalmanın daha çox öhdəliklərin hesabatına olmasıdır ki, bank 1 il ərzində əlavə yükünü xeyli azaltmışdır. Öhdəliklər 2015-ci ildə 251 mln. manat olmasına baxmayaraq, 2016-cı ilin sonuna 202 mln. manat olmuşdur.
2016-cı ilin sonuna”AmrahBank”ın kapitalı 53 mln. manat təşkil etmişdir.