15 C
Baku
Friday, November 8, 2024

“PASHA Holding” maliyyə departamentinə iki vəzifə üzrə işçi axtarır

 Vakansiya 1: Risklər üzrə Baş Mütəxəssis 

İşin təsviri:

• Sığorta risklərinin qiymət əmələ gəlmə siyasətinin/modelinin işlənməsi və idarə edilməsi;
• Aktuar rezervlərin rüblük baxılmalarında yardım etmək;
• Sığorta risklərinin qiymət əmələ gəlmə modellərinin həyata keçirilməsində yardım etmək;
• Anderraytinq üçün effektiv aktuar dəstəyin təmin edilməsi;
• Biznes proqnozların tərtibatında kömək etmək;
• Aktuar rezervlərinin hesablanması üçün daxili modelin işlənməsi, eyni zamanda daxili modelin yoxlanılmasında yardım;
• Fəaliyyət planının müəyyən edilməsi məqsədilə, anderraytinq nəticələrinə təsir göstərən amillərin və trendlərin  təhlili;
• Ehtiyatların sifariş və tövsiyə edilməsi, itkilərin adekvatlılığının (həcminin) qiymətləndirilməsi, ALAE və ULAE ehtiyatları, itki trendlərinin müəyyən edilməsi;
• Planlaşdırma baxımından rəhbərliyə dəstək məqsədilə, anderraytinq nəticələrinin proqnozlaşdırılması və interpretasiyası;
• Gəlirliyin artırılması və biznes təşəbbüslərin  həyata keçirilməsinə dair  hesabatların tərtib edilməsinə nəzarət

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Tətbiqi riyaziyyat/İqtisadiyyat sahələrində  bakalavr dərəcəsi;
• Minimum 5 il peşəkar təcrübə, bunlardan 3 il müvafiq sahədə, sığorta şirkətlərində və ya Bank sahəsində;
• Maliyyə modellərinin işlənib hazırlanmasında və təsdiq edilməsində praktiki və nəzəri təcrübə, və/və ya müxtəlif reytinq modelləri ilə təcrübə;
• Aktuari akkreditasiyası;
• Güclü analitik bacarıqları;
• Güclü ünsiyyət bacarıqları;
• İngilis, Azərbaycan mükəmməl bilik, rus dilinin biliyi üstünlükdür;
• Excel və digər ofis proqramların mükəmməl bilik səviyyəsi.

 

 Vakansiya 2: Büdcə və Planlaşdırma üzrə Menecer 

İşin təsviri:

• PAŞA Holdinq səviyyəsində büdcə prosesini aparmaq;
• PAŞA Holdinqin büdcə siyasəti çərçivəsində büdcə prinsiplərinin (yanaşmalarının) işlənib hazırlanması;
• Büdcənin və MIS sisteminin modelləşdirilməsi (PAŞA Holdinq və strateji aktivlər üçün) ;
• Büdcənin təhlili (MIS daxil olmaqla) ;
• Qrup üzrə büdcə siyasətinin hazırlanma prosesində istifadə ediləcək əsas müddəaların inkişaf etdirilməsi.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Maliyyə sahəsində bakalavr dərəcəsi;
• ACCA sertifikasiyası (F1-F3; F7);
• Bank sahəsində minimum 7 il peşəkar təcrübə;
• Büdcələmənin və proqnozlaşdırmanın (bank işinin xüsusiyyətlərini nəzərə alaraq) hazırlanmasında və qiymətləndirilməsində geniş bilik
• MS Excel proqram təminatının mükəmməl biliyi, maliyyə modellərinin tərtibatında expert səviyyəsində malik olmaq;
• Yerli bank hesabatlılıq sistemlərinin (prudensial, SD və s.) geniş bilik;
• MIS prinsiplərinin (yanaşmalar, vasitələr və s.) güclü biliyi;
• Azərbaycan və ingilis dillərini mükəmməl bilməli, rus dili biliyi üstünlükdür;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində vakansiyanın adı qeyd olunmalıdır;
• CV-lər 31 yanvar, 2016-cı il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Son xəbərlər
Digər xəbərlər