Azərbaycanın iri banklarından biri olan Bank Respublika 2016-cı ilin sonuna dair maliyyə hesabatlarını açıqlamışdır.
Banker.azın verdiyi məlumata görə, bank ili 34.6 mln. manat zərərlə başa vurub.Bu göstərici Azərbaycanda bank sektoru üzrə ən yüksək göstəricilərdən biri hesab edilə bilər. Buna baxmayaraq, bankın xalis əməliyyat mənfəəti 22 mln. manat olmuşdur.
İlin yekununa bankın aktivləri demək olarki dəyişməz qalaraq 912 mln. manat ətrafında qərarlaşıb.2016-cı ilin sonuna bankın kapitalı 40 mln. manat təşkil edib. Müvafiq dövr üzrə bankın kredit portfelinin həcmi 10 mln. manat artaraq 269 mln. manat, hüquqi şəxslər üzrə depozit portfeli qismən artaraq 361 mln. manata çatmışdır.
Lakin il sonuna bankın fiziki şəxslər üzrə depozit portfeli təxminən 40 mln. manat azalaraq 189 mln. manata olmuşdur.
Bank Respublikanın vaxtı keçmiş kreditlər üzrə portfelin həcmi 27 mln. manata yaxındır.