11 C
Baku
Monday, November 25, 2024

Pul aqreqatları nədir?

Pul aqreqatları pul kütləsinin struktur göstəriciləridir. Bir-biri ilə likvidlik səviyyəsinə görə (tez bir zamanda nağd pul vəsaitinə çevrilə bilmə imkanına görə) fərqlənən pul və pul vəsaitlərinin növləri pul aqreqatları adlanır.

Pul aqreqatları özlüyündə ierarxik sistemi təcəssüm etdirir – hər növbəti aqreqat əvvəlki aqreqatı öz tərkibinə daxil edir.

Müxtəlif ölkələrdə pul aqreqatları müxtəlif tərkib ilə fərqlənir. BVF bütün dünya ölkələri üçün ümumi M1 göstəricisinə və daha geniş göstərici olan “kvazivalyuta”-ya (təcili və əmanət bank hesabları, bazarda dövriyyədə olan daha likvid maliyyə alətləri) malikdir.

Azərbaycan Mərkəzi bankı M0, М1, М2, М3 pul aqreqatlarına sahibdir:

  • М0 = dövriyyədə olan nağd pullar (qəpiklər, banknotlar).
  • М1 = М0 + çeklər, tələb olunanadək əmanət və depozitlər, (həmçinin bank debet kartları), təşkilatların hesablarındakı milli valyuta qalıqları.
  • М2 = М1 + təcili yatırımlar.
  • М3 = М2 + əmanət yatırımları, sertifikat və dövlət istiqrazları.

Bir sıra ölkələrdə əlavə olaraq M4 aqreqatı da istifadə olunur. Məsələn, Böyük Britaniyada M4 aqreqatı özündə dövriyyədə olan nağd valyutanın həcmini, banklar tərəfindən verilmiş kreditlərin ümumi məbləğini, həmçinin dövlət borclarının məbləğini birləşdirir.

Son xəbərlər
Digər xəbərlər