24 C
Baku
Tuesday, October 1, 2024

“Bank of Baku”ya yeni müvəqqəti sədr təyin edilib

“Bank of Baku” ASC-nin İdarə Heyətinin sədr müavini, informasiya texnologiyaları və əməliyyat sahəsinin rəhbəri Nahid Zeynalov bankın sədri vəzifəsinə müvəqqəti icraçı təyin olunub.

Trend bu barədə bankın saytına istinadən məlumat verir.

N.Zeynalov yeni vəzifəsində Zaur Qaraisayevi əvəzləyib. Z.Qaraisayev bir qədər əvvəl Beynəlxalq Bankın törəmə şirkəti “ABB-Moskva” bankının Müşahidə Şurasının sədri təyin olunub.

Banker.azın verdiyi məlumata görə, Nahid Zeynalovun yaxınlarda digər banka transfer olunması planlaşdırılır. O Azərbaycanın böyük banklarından birinə təyinat alacaq.

Son xəbərlər
Digər xəbərlər