Meksika Pesosu andiçmə günü dollara qarşı ən çox bahalaşan valyuta oldu.
Bloomberg xəbər verir ki, ABŞ-ın 45-ci prezidenti kimi Ağ Evə rəhbərliyi aldığı gün bir çox valyutalar dəyər itirdiyi halda, peso dollara qarşı 1,8% faiz möhkəmlənib. Bu son günlər üçün ən yaxşı göstəricidir.
Xatırladaq ki, son günlərə kimi Trump-ın açıqlamalarından sonra peso kəskin ucuzlaşmağa məruz qalmışdı.