12 C
Baku
Friday, November 8, 2024

İnvestorlar gəlirlərini fiksə edir, dollar ucuzlaşıb

Yaponiyada ticarət sessiyasının açılışında dollar 1% ucuzlaşıb. “Reuters” agentliyinə istinadən xəbərə görə, buna səbəb investorlar tərəfindən gəlirlərin fiksə olunmasıdır. Belə ki, ABŞ-ın yeni prezidenti Donald Trampın inauqurasiyasından sonra dolların kəskin bahalaşması nəticəsində investorlar xeyli gəlir əldə edib.

Hazırda 1 dollar 113,43 yenə bərabərdir. Ötən həftənin cümə günü ticarət sessiyasının yekununda dolların məzənnəsi 113,5 yen təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər