12 C
Baku
Friday, November 8, 2024

Tramp vədlərinə sadiq qalarsa, dolların kəskin ucuzlaşacağı gözlənilmir

“Prezident Tramp artıq 3 gündür Ağ Evdədir. ABŞ-da Tramp dövrünün başlaması dünya iqtisadiyyatına nə vəd edir? Bizim ölkəmiz üçün təbii ki, neftin və dolların dünya bazar qiymətinin necə dəyişəcəyi daha maraqlıdır”.

SalamNews xəbər portalı bildirir ki, bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, dolların aparıcı valyutalara, xüsusən də avroya qarşı məzənnəsində psixoloji səbəblərdən müəyyən enişlər mümkün görünsə də, ABŞ pulunun kəskin ucuzlaşması gündəmdə deyil: “Trampın “Amerika məhsulları ABŞ-da istehsal olunsun” şüarının reallaşacağı inandırıcı deyil. Transmilli şirkətlər ucuz işçi qüvvəsinə malik olan ölkələrdən istehsallarını bahalı Amerikaya daşıyacağı ağlabatan deyil. Bu isə o deməkdir ki, dünya bazarında dolların dəyərsizləşməsinə ümid etmək sadəlövhlük olardı”.

Ekspert deyib ki, neftin dünya bazar qiymətini proqnozlaşdırmaq çətin olsa da, Trampın mühafizəkar siyasəti “qara qızılın” qiymətində kəskin artımlara imkan verməyəcək:

“Tramp seçkiqabağı kampaniyada neft idxalı ilə bağlı vədlərinə sadiq qalarsa, o zaman hətta neftin dünya bazar qiymətində kəskin enişlər də mümkündür.

Bütövlükdə, okeanın digər tərəfindəki reallıqları nəzərə alsaq, ABŞ-ın yeni prezidentinin daxili və xarici iqtisadi siyasətdə ciddi dəyişikliklər edəcəyi inandırıcı deyil. Bununla belə, güman edilir ki, ABŞ-ın xarici iqtisadi siyasətində potensial dəyişikliklər Çin və Latın Amerikası ölkələri ilə bağlı ola bilər. Beləcə, Vaşinqton Tramp üçün deyil, Tramp Vaşinqton üçün işləyəcək”.

Son xəbərlər
Digər xəbərlər