9 C
Baku
Wednesday, November 13, 2024

Manatın dekabr üzrə orta məzənnəsi açıqlanıb

2016-cı il dekabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16 mlrd. 275,5 mln. manat təşkil edib, onun 12 mlrd. 824,5 mln. manatı uzunmüddətli kreditlər olub. “APA-Economics” Mərkəzi Banka istinadən xəbər verir ki, kredit portfeli 2015-ci il dekabr ayının 1-i ilə müqayisədə 13,2% azalıb.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,9%-ini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il dekabr ayının 1-nə 7 mlrd. 605,8 mln. manat olub.

Dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,75 manata (ilin əvvəlindən 1,60 manata), 1 avroya – 1,84 manata (1,77), 100 Rusiya rubluna – 2,82 manata (2,39) bərabər olub.

Son xəbərlər
Digər xəbərlər