Manat 25% devalvasiyaya uğrayıb

Mərkəzi Bank manatı fevral 2015 və dekabr 2015 kəskin devalvasiyasından sonra  hazırda “yumşaq” devalvasiya fazasına buraxmışdır. Qeyd olunan kəskin devalvasiyalar nəticəsində manat öz dəyərini 100% yaxın itirmişdir.

Banker.azın verdiyi məlumata görə, növbəti mərhələdə Mərkəzi Bank bir müddət manatın qiymətini qaldırdıqdan sonra , 27 may 2016 tarixindən manatın yumşaq devalvasiyasına başlanmışdır. Qeyd olunan dövrdən indiyə qədər manat 25% qədər dəyərini itirmişdir. Məlumat üçün bildirək ki, 26 may 2016 tarixində manatın dollara nəzərə məzənnəsi 1.49 təşkil edirdi. Hazırda məzənnə 1.8559 manatdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər