10 C
Baku
Thursday, November 14, 2024

Obama getmədən öncə xarici sahibkarlar üçün miqrasiya proqramını işə saldı

20 yanvar 2017-ci il tarixində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trumpın andiçmə mərasimi keçirildi. Lakin Barak Obama vəzifədən getmədən əvvəl ABŞ-da bizneslə məşğul olmaq istəyən və miqrasiya xidmətindən gizlənmək istəməyən xarici sahibkarlara xoş bir hədiyyə bəxş etdi.

Banker.az saytı Venture Beat-ə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları vətəndaşlıq və miqrasiya məsələləri üzrə xidməti yeni proqram qəbul edib. Bu proqrama əsasən isə, xarici sahibkarlar 60 aya qədər rahatlıqla ABŞ-da yaşaya və işləyə bilərlər. Lakin bunun üçün onlar ilk növbədə öz imkanlarını sübut etməli olacaqlar.

2014-cü ildə, yəni ABŞ Konqresinin ikipartiyalı miqrasiya islahatını həyata keçirmək niyyətinin olmadığı aydın olduqda, Barak Obama öz miqrasiya proqramını irəli sürmək və xarici sahibkarlara ABŞ-da yaşayış və iş şərtlərini asanlaşdırmaq üçün əlindən gələni edəcəyinə söz verdi. Keçən həftənin çərşənbə axşamı isə o öz vədinə əməl etdi: ABŞ vətəndaşlıq və miqrasiya məsələləri üzrə xidməti yekun tənzimləməsini nəşr etdi. Bu tənzimləməyə görə isə, dövlət biznesinin ABŞ iqtisadiyyatına və cəmiyyətinə faydalı olacağını sübut edən sahibkarlara istədikləri miqrasiya sərbəstliyini qazandıra bilər.

Mahiyyət etibarilə bu Beynəlxalq sahibkarlıq qaydası (International Entrepreneur Rule) adını almış miqrasiya proqramıdır. Sənədə əsasən, proqram 17 iyul 2017-ci il tarixindən qüvvəyə kinəcək və xarici sahibkarların həyatını əhəmiyyətli dərəcədə asanlaşdıracaq.

Xarici sahibkar bu proqramın iştirakçısına çevrilmək üçün bir sneçə kriteriyalara uyğun gəlməlidir:

  • 5 ildən az olmayaraq yaranmış startap-şirkətin minimum 10% səhminə sahib olmaq;
  • Startap biznesin inkişaf etdirilməsi, artım və yeni iş yerlərinin yaradılması meyarlarına uyğun gəlməli.

Sahibkarlar öz imkanlarını isə aşağıdakı üsullarla sübut edə bilərlər:

  1. amerikalı investorlardan minimum 250 000 dollar investisiya cəlb etmək,
  2. federal, yerli idarə orqanlarından və yaxud ştat şöbələrindən iqtisadi inkişaf, R&D və yaxud iş yerlərinin yaradılması ekspertizası ilə 100 000 dollar məbləğində mükafat və yaxud qrantlar cəlb etmək,
  3. Sahibkarın biznesinin ABŞ iqtisadiyyatına əhəmiyyətli fayda verə biləcəyini sübut edə biləcək digər etibarlı dəlillər.

 

Öz imkanını uğurlu şəkildə sübut etməyi bacaran sahibkarlar, 30 ay müddətində ABŞ-da yaşamaq və işləməyə icazə almış olurlar. Daha sonradan bu müddəti əlavə olaraq 30 ay da uzatmaq mümkündür. Onların ailələri də onlarla birgə ABŞ-a gələ bilər.

Proqram əsas olaraq artıq öz startapını ABŞ-da inkişaf etdirən xarici sahibkarlara şamil edilir. Düzdür, digər əcnəbi sahibkarlar da proqramda iştirak etmək üçün namizədliyini irəli sürə bilər, lakin yuxarıda qeyd edilən kriteriyalardan keçmək onlara çətinlik yaradacaq.

Son xəbərlər
Digər xəbərlər