1. Kleopatra
Tarixin mənfur simalarından birinə çevrilmiş məşhur çariçanın ətrafında gəzən söhbətlər artıq iki min ildən çoxdur ki, kəsilmək bilmir.
2. Troyalı Yelena
Qədim dövrün çoxsaylı kurtizankaları arasında birinci yer şübhəsiz ki, gözəllər gözəli Yelenaya məxsusdur, ona sahiblənmək uğrunda Troya adı altında müharibə başlamışdı. Bütün bu hadisələr onun psixikasında, nəticədə isə onun sonrakı taleyində özünü büruzə verməyə bilməzdi.
3. Janna d`Ark
Janna d`Ark Yüzillik müharibənin (1337-1453) ən məşhur simalarından biridir. Fransız tədqiqatçılar iddia edirlər ki, “Orleanlı qız” obrazı Fransanın İngiltərə ilə müharibədə istifadə etdiyi psixoloji silah idi, Jannanın özü isə nə çoban idi, nə də əzab çəkən biri.
4. İndira Qandi
İndira Qandi öz ölkəsinin tarixinə bir neçə il Hindistan hökumətinə rəhbərlik etmiş ilk qadın olaraq düşmüşdür. Ağıllı və aktiv siyasətçi olaraq o, dövlətin beynəlxalq nüfuzunun möhkəmlənməsi üçün çox şey etmişdir. Hazırda İndira Qandi adı təkcə öz ölkəsində deyil, bütün dünyada hörmətlə yad olunur.
5. Yelizaveta II
Baş nazirlər dəyişirdi, müharibə başlayır və bitirdi, imperiyalar dağılırdı və dünya xəritəsində yeni ölkələr yaranırdı. Yalnız Britaniya kraliçası və monarxiya sarsılmaz olaraq qalırdı.
6. Marqaret Tetçer
11 il baş nazir vəzifəsində çalışmış Marqaret Tetçerin hakimiyyəti illərində Böyük Britaniyanın iqtisadi artım tempi əvvəlki onilliklərə nisbətən üç dəfə çox olmuşdur və Yaponiya istisna olmaqla, sənaye cəhətdən inkişaf etmiş böyük ölkələrin iqtisadi artımları arasında ən yüksək nəticə əldə edilmişdi.
7. Kəlküttəli Tereza ana
“Tereza ananın mərhəməti qarşısında insan heyran qalmaya bilməz. Yalnız özünün xeyirxahlığı və entuziazmına arxalanan qadın Mərhəmət İttifaqını yaratdı. Indi bu xeyriyyə təşkilatının dünyanın 80-dən çox ölkəsində təxminən 300 minə yaxın üzvü var. Bu, uşaq evləri, xəstəxana, cüzamlılar üçün xüsusi xəstəxanalardan ibarət qlobal şəbəkədir.
8. Şahzadə Diana
Uels şahzadəsi Diana, ledi Diana Frensis Spenseri – hətta ölüm belə bu xanımı xalq sevgisindən məhrum edə bilmədi!
9. Koko Şanel
Qabriel Bonyor Şanel 20-ci yüzilliyin moda tarixinin ən görkəmli simalarından biri. O, qadın modasına inqilabi dəyişikliklər gətirdi: dama-dama şalvarlar, qısa saç kəsimi və məşhur “qısa qara paltar”.
10. Merlin Monro
Anlaşılmaz şəkildə dünyasını dəyişmiş xanım… Onun ölümündən otuz il keçməsinə baxmayaraq, onun xatirəsi hələ də qəlblərdə yaşayır. Bu da onu göstərir ki, o kinematoqrafiya tarixində gözəl və cazibədar sarışından daha artıq idi.