Satış Departamentinin Rəhbəri
Departament / şöbə: Satış Departamenti
Əsas vəzifə və öhdəliklər
• Satış departamentinin iş prinsiplərinə uyğun olaraq struktur bölmənin işini təşkil etmək;
• Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi; analiz edilməsi və nəticələrin rəhbərliyə təqdim olunması;
• Mağazaların satış planının icrasına nəzarət etmək və yaranacaq problemlərin aradan qaldırılmasını təmin etmək;
• Kooperativ müştərilərin cəlb edilməsi və satışın artırılması məqsədilə yeni təkliflər vermək;
• Departament işçilərinin vəzifələrinin keyfiyyətli və vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
• Satış komandasına tətbiq olunan öhdəlik və tapşırıqların həyata keçirilməsi üçün işçilərin bu istiqamətdə təlimatlandırılmasını və yönəldilməsini təmin etmək;
• Struktur bölmənin işçilərinin işinin qiymətləndirməsini aparmaq;
• Satış ilə əlaqədar qərarlar qəbul etmək və ya qərarların verilməsi prosesində iştirak etmək;
• Satış Departamentinin tabeçiliyində olan əməkdaşların, Cəmiyyətin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etməlidir.
Namizədə dair tələblər
• İqtisadiyyat və İdarəetmə, Biznes və Marketinq sahəsində ali təhsil;
• 25-40 yaş həddi;
• Minimum 5 il satış sahəsində (2 ili rəhbər vəzifədə olmaqla) iş təcrübəsi (Pərakəndə ticarət şirkətlərində müvafiq vəzifədə təcrübəsi olanlara üstünlük veriləcək) olmalı;
• Satış texnikalarını yaxşı bilməli, müştəri yönümlü və satışa meyilli olmalı;
• Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
• Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməli;
• Analitik təhlil qabiliyyətinə sahib olmalı;
• MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
• Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
• İşgüzar ünsiyyət və danışıqlar aparılması, kollektiv idarə etmə bacarıqlarının olması;
• Ezamiyyətlərə getmə imkanı olmalıdır.
İş şərtləri
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı və nahar şirkət tərəfindən təmin edilir.
Müraciət üçün son tarix: 24/02/2017
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Satış Departamentinin Rəhbəri” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.