13 C
Baku
Thursday, November 14, 2024

Rusiya Mərkəzi Bankı bazardan valyuta almağa başlayır

Rusiya Bankı (Mərkəzi Bank) I rübdə valyuta bazarından ayda 1 mlrd. ABŞ dolları həcmində valyuta alışına başlaya bilər. 

“Bloomberg” agentliyinə istinadən xəbərə görə, bunu hökumətdəki mənbələr bildirib.

Agentlikdən verilən xəbərə görə, Rusiya Bankı neftin qiymətinin artması nəticəsində büdcədə yaranan əlavə gəlirləri valyutanın alınmasına yönəldərək ehtiyatlarını artırmağı planlaşdırır. Belə ki, 2017-ci ilin büdcəsində neftin baza qiyməti 40 dollar/barel götürüldüyü halda, hazırda neftin qiyməti 55 dollar/barel təşkil edir. Rusiya baş nazirinin I müavini İqor Şuvalovun Davos forumunda verdiyi açıqlamaya əsasən, Maliyyə Nazirliyi və Rusiya Bankı rublda volatilliyin qarşısını almaq üçün ehtiyatların möhkəmləndirilməsi prosesini 1-2 illə məhdudlaşdıracaq. Nəticədə, ixracatçılar öz işlərini daha rahat proqnozlaşdıra biləcəklər.

Report

Son xəbərlər
Digər xəbərlər