Forbes jurnalı sərbəst şəkildə milyonlar qazanmış 2013-cü ilin ən uğurlu sahibkar qadınlarının reytinqini təşkil etmişdir.
1. Wu Yahong
- Sərvəti: 4,1 milyard dollar
- Planetin ən varlı insanları reytinqində yeri: 229
- Ölkə: Çin
- Şirkət: Longfor Properties
- Yaş: 49
- boşanıb
Dünyanın ən varlı qadını öz karyerasına jurnalist olaraq başlasa da, daha sonradan developper şirkətdə menecer vəzifəsinə sahib olmuşdur. O 1993-cü ildə isə öz şəxsi şirkətini yaradır.
2. Zhang Xin
- Sərvəti: 3,8 milyard dollar (yoldaşı ilə birgə)
- Planetin ən varlı insanları reytinqində yeri: 376
- Ölkə: Çin
- Şirkət: SOHO China
- Yaş: 48
- Ailə vəziyyəti: evli
Bu qadın yoldaşı ilə birgə yaratdığı şirkətin CEO-sudur və öz ölkəsində ən uğurlu insanlardan biri hesab edilir.
3. Oprah Winfrey
- Sərvəti: 2,9 milyard dollar
- Ən varlı amerikalılar reytinqində yeri: 184
- Ölkə: ABŞ
- Şirkət: OWN
- Yaş: 59
- Ailə vəziyyəti: subay
4. Sara Bleykli
- Sərvəti: 1 milyard dollar
- Planetin ən varlı insanları reytinqində yeri: 1342
- Ölkə:ABŞ
- Şirkət: : Spanx
- Yaş: 42
- Ailə vəziyyəti: evli
5. Tory Burch
- Sərvəti: 1 milyard dollar
- Planetin ən varlı insanları reytinqində yeri: 1342
- Ölkə: ABŞ
- Şirkət: Tory Burch
- Yaş: 47
- Ailə vəziyyəti: boşanıb, üç uşağa sahibdir.
Tory Burch biznesə yeni başladıqda keçmiş əri ona maliyyə yardımı təqdim edirdi. Lakin onun özünün sahib olduğu dizayner istedadı onun uğur yolunda mühüm rol oynadı. İnvestorlar son olaraq onun şirkətini 3 milyard dollar olaraq qiymətləndirdilər.
6. Kiran Mazumdar-Shaw
- Sərvəti: 625 milyon dollar
- Ən nüfuzlu qadınlar reytinqində yeri: 85
- Ölkə: Hindistan
- Şirkət: Biocon
- Yaş: 60
- Ailə vəziyyəti: evli
Hindistanın ən varlı qadını öz innovasiyalı biznesini sərbəst şəkildə yaradıb. Kiran Mazumdar biotexnologiyalar sahəsində milli lider hesab edilir. Hazırda onun şirkətinin əsas məqsədi böyük insan kütləsini dərman vasitələri ilə təmin etməkdir.
7. Weili Dai
- 2012-ci ildə Marvell Technology şirkətinin gəliri: 3,1 milyard dollar
- Ən nüfuzlu qadınlar reytinqində yeri: 88
- Ölkə: ABŞ
- Şirkət: Marvell Technology
- Yaş: 52
- Ailə vəziyyəti: evli
8. Cher Wang
- Sərvəti: şirkətin 2012-ci ildə əldə etdiyi gəlir 9,9 milyard dollara bərabər idi.
- Ən nüfuzlu qadınlar reytinqində yeri: 46
- Ölkə: Tayvan
- Şirkət: HTC
- Yaş: 55
- Ailə vəziyyəti: evli
Cherin 1997-ci ildə şirkəti yaratmasından sonra HTC telefon istehsalından Android-li məşhur smartfonların istehsalına qədər gəlib çıxdı. 2013-cü ilin mart ayında HTC First Facebook üçün optimallaşdırılmış ilk cihaz oldu.
9. Beyonce
- Sərvəti: 2012-ci il üçün gəlir: 53 milyon dollar
- Məşhur insanlar reytinqində yeri: 4
- Ölkə: ABŞ
- Şirkət: House of Dereon
- Yaş: 33
- Ailə vəziyyəti: evli
Pop-diva öz şirkətini 2004-cü ildə təsis edib. 2012-ci ildə isə Beyonce öz adı ilə online-mağaza açır və buradan onun pərəstişkarları öz kumirlərinin iştirakı ilə yaradılan geyim və aksessuarları əldə edə bilərlər.
10. Gisele Bundchen
- 2012-ci il üçün gəlir: 42 milyon dollar
- Məşhur insanlar reytinqində yeri: 81
- Ölkə: ABŞ
- Şirkət: Sejaa Skincare
- Yaş: 33
- Ailə vəziyyəti: evli
Dünyanın ən yüksək gəlirli modeli sərvətini yalnızca fotosessiyalardan və dəb sərgilərindən qazanmır. O qadınlar üçün təbii kosmetika istehsalçısı olan Sejaa şirkətinin həmtəsisçisidir.