Federal Ehtiyat Sistemi(FES) 2017-ci ilin ikinci yarısında faiz artırımı prosesini sürətləndirəcək.
Bu barədə “BNP Paribas SA” məlumat yayıb. Quruma görə, ABŞ Mərkəzi Bankı 2018-ci ilin hər rübündə bir dəfə faiz artımına gedəcək. BNP faizin artırılması ilə dolların daha da güclənməsini və qızılın unsiyasının 1000 dollar səviyyəsindən aşağı düşməsini gözləyir. BNP Paribas tərəfindən nəşr olunan hesabatda qeyd edilir ki, ABŞ Prezidenti Donald Trampın iqtisadi siyasəti inflyasiyanı artıracaq və məşğulluğu gücləndirəcək. Nəzərə çatdıraq ki, BNP ötən ilin son rübündə ən yaxşı qızıl və qiymətli metal proqnozçusu olmuşdu.