9 C
Baku
Thursday, December 12, 2024

Yeddi həftəlik minimumu yeniləyən dollar reabilitasiya olunur

Bugünkü ticarət sessiyasında dolların indeksi 0,29% möhkəmlənərək 100,67 bənd səviyyəsinə çatıb. Ötən gün dolların indeksi 99,793 bənd səviyyəsinədək ucuzlaşıb ki, bu da 7 həftəlik minimumdur.

Avro 0,09% ucuzlaşaraq 1,067 dollar səviyyəsinə çatıb. Beləliklə, Avrozonanın vahid valyutası ötən gün olduğu kimi, neqativ tendensiya nümayiş etdirir.

Dollar Yaponiya yeninə qarşı 0,4% möhkəmlənərək 114,95 yenə çatıb.

Funt sterlinq də dollara nisbətən ucuzlaşır – adıçəkilən valyutanın məzənnəsi 0,18% zəifləyərək 1,2561 dollar səviyyəsinə enib.

Birja iştirakçıları bildirir ki, dolları ABŞ iqtisadiyyatı ilə bağlı açıqlanan statistika bahalaşdırır. Ötən gün ABŞ-ın əmək bazarı, tikinti sektoru ilə bağlı müsbət statistik göstəricilər açıqlanıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər