9 C
Baku
Friday, November 15, 2024

“Alibaba” nəhəng pul köçürmə şirkətini alır

Çinin elektron ticarət nəhəngi “Alibaba” ABŞ-ın “MoneyGram” pul köçürmə şirkətini 880 milyon dollara almağı planlaşdırır.

“Alibaba”nın maliyyə qolu olan “Ant Financial” bəyan edib ki, alqı-satqı ilə əlaqədar artıq razılıq əldə olunub. Bu, “Alibaba”ya bütün dünya üzrə müştərilərinə daha yaxşı maliyyə xidməti təmin etməyə imkan verəcək. Belə ki, “Alibaba”nın istifadəçiləri 2,4 milyard bank və mobil hesab qeydiyyatı olan “MoneyGram”ın xidmətlərindən yararlana biləcəklər.

Bildirilir ki, alqı-satqıdan sonra da “MoneyGram”ın baş ofisi Dallas şəhərində öz brendi altında fəaliyyətini davam etdirəcək. Sövdələşmənin başa çatması üçün “MoneyGram”ın səhmdarları və nəzarətçi orqanın təsdiqi lazımdır. Prosesin cari ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Qeyd edək ki, 1999-cu ildə təsis edilən “Alibaba” internet üzərindən ticarət, auksion, mobil kommersiya və pul köçürmə xidmətləri göstərir. Baş ofisi Çinin Xancou şəhərində yerləşən “Alibaba”nın ötən il dövriyyəsi 365 milyard dollar təşkil edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər