9 C
Baku
Friday, November 15, 2024

“Gilan Holding” 4 vəzifə üzrə vakansiya elan edir

Vakansiya 1: Yük Maşınlarının idarəedilməsi üzrə Qrup Rəhbəri (Gilan FMCG)

Əsas vəzifə öhdəlikləri:

•         Tələb olunan bütün hesabatların dəqiq və vaxtında təqdim olunması;
•         İşçi quvvəsinin avadanlıq və nəqliyyat ehtiyaclarının qiymətləndirilməsi və nəticənin rəhbərliyə təqdim edilməsi;
•         Marşrutların seçimi, satışın səmərəli təşkili və müştəriyə göstərilən xidmətin keyfiyyət səviyyəsini yüksəltmək məqsədi ilə nəzarətçilərlə qarşılıqlı münasibətin yaradılması;
•         Anbar meneceri ilə qarşılıqlı münasibət yaradıb məhsulların səmərəli şəkildə yığılıb göndərilməsi ilə problemlərin həll yolunun tapılması;
•         Məhsulların yüklənilməsinin, boşaldılmasının və mərkəzləşdirilmiş daşınmasının təşkili və nəzarət edilməsi;
•         Məhsulların təhlükəsiz daşınmasına, yüklənilməsinə, boşaldılmasına, çeşidlənməsinə və saxlanılmasına nəzarət edilməsi;
•         Daşınma ilə bağlı gəlir və xərclərin əməliyyat uçotunun təmin edilməsi;

Tələblər:

•         Ali təhsilin olması;
•         3 ildən az olmayaraq iş stajının olması;
•         Məsuliyyətli, idarəçilik qabiliyyətinə malik olması;
•         Bakı yollarını yaxşı bilməli;

Vakansiyaya müraciət etmək üçün aşağıdakı göstərilmiş keçiddən Anket məlumatlarınızı yazmağınız xahiş olunur: http://hr.gilanholding.com/v/3252


Vakansiya 2: Anbar üzrə Nəzarətçi

Əsas vəzifə öhdəlikləri:

•         Anbarın idarə edilməsi;
•         Malların anbara qəbul prosessinin təşkili və idarə edilməsi;
•         Malların sənədlərə uyğun verilməsinin təşkili və nəzarət edilməsi;
•         Tranzit malların hazırlanmasının təşkili və nəzarət edilməsi;
•         Malların vaxtında və dəqiq uçotu və inventarizasiyasının aparılması;
•         Qəbul olunmuş qaydalara əsasən malların yerləşdirilməsinə nəzarət edilməsi;
•         Malların yararlılıq müddətinə nəzarət edilməsi;

Tələblər:

•         Ofis proqramlarını (Word, Excel) mükəmməl bilməsi;
•         Diqqətli, məsuliyyətli və ciddi olması;
•         Kollektivdə işləmək və yüksək ünsiyyət bacarığı olması;

Vakansiyaya müraciət etmək üçün aşağıdakı göstərilmiş keçiddən Anket məlumatlarınızı yazmağınız xahiş olunur: http://hr.gilanholding.com/v/3251


Vakansiya 3: Satış Analitiki

Əsas vəzifə öhdəlikləri:

•         Satışın mütəmadi izlənilməsi, analizlərin aparılması;
•         Hesabatların aparılması;
•         Aylıq olaraq satış komandası üçün qoyulan satış planlarının əsasında KPI göstəricilərinin hesablanması;
•         Müxtəlif məlumatların konsalidasiyası;
•         Əsas və növbəti satışlar üzrə müntəzəm olaraq hesabatların aparılması;
•         Nəticə üzrə analitik hesabatların hazırlanması;
•         Rəqabət mühitinin təhlili;
•         Satış göstəricilərinin nəzarətdə saxlanılması;

Tələblər:

•         Ali təhsil;
•         Kompyuter bilikləri: MS Office;
•         Analitik bacarıq;
•         Şəxsi keyfiyyətlər: yaradıcılıq-kreativlik, komanda şəklində işləmə qabiliyyəti, yüksək məsuliyyət;
•         Təcrübə: 1 – 3 il;

Vakansiyaya müraciət etmək üçün aşağıdakı göstərilmiş keçiddən Anket məlumatlarınızı yazmağınız xahiş olunur: http://hr.gilanholding.com/v/3250


Vakansiya 4: Təlim üzrə Mütəxəssis

Əsas vəzifə öhdəlikləri:

• Satış komandası üçün şirkətdaxili təlimlərin keçirilməsi;
• Təlimin səmərəliliyinin qiymətləndirilməsi;
• Təlim ehtiyaclarının monitorinq edilməsi və müəyyənləşdirilməsi;
• Məlumatın səmərəli, vaxtında və düzgün toplanılması texnikasından istifadə etməklə, işçilərin peşəkar inkişaflarının gedişatının təhlil edilməsi;
• Fəaliyyətin qiymətləndirilməsinə baxışın həyata keçirilməsi üçün, funksional rəhbərlərə köməkliyin göstərilməsi;
• Peşəkar inkişaf proqramları və strategiyalarının səmərəli inkişafının təmin edilməsi üçün, bütün dövri fəaliyyətlərin nəzərdən keçirilməsi;
• Korporativ təlim konsepsiyasının yaradılmasının təşkil edilməsi;

Tələblər:

• Ali təhsilin olması;
• Təlim keçmək üzrə təcrübəyə malik olması;
• Səlis danışıq qabiliyyəti;
• Güclü ünsiyyət bacarıqlarının olması;
• Təlimlərdə istifadə edilən avadanlıqlarla işləmək bacarığı;

Vakansiyaya müraciət etmək üçün aşağıdakı göstərilmiş keçiddən Anket məlumatlarınızı yazmağınız xahiş olunur:

http://hr.gilanholding.com/v/3232

Son xəbərlər
Digər xəbərlər