14 C
Baku
Friday, November 15, 2024

Google, 7 müsəlman ölkələrindəki işçilərini təcili ABŞ-a geri çağırdı

Trump-ın yeni immiqrant qadağası ilə əlaqədar işçilərinin ABŞ-a səyahət etməsinə maneələr çıxa biləcəyini düşünən Google, işçilərinə ABŞ-a geri qayıtmaları barədə xəbərdarlıq etdi.

Beləki Donald Trump-ın verdiyi qərara əsasən müsəlmanların çoxluq təşkil etdiyi 7 ölkədən immiqrant qəbul etməyəcəyi bildirilmişdi. Bu qərara texnologiya şirkətləri qarşı çıxmışdı. Sonrasında eyni istiqamətdə Google tərəfindən yeni bir addım atıldı.

Ortaya çıxan xəbərlərə görə Google CEO-su Sundar Pichai bu (qırmızı ilə göstərilmiş) 7 ölkədə yaşayan Google işçilərini təcili olaraq ABŞ-a geri qayıtmaları barəsində xəbərdarlıq etdi. Bu ölkələrlə ABŞ arasında yaranacaq səyahət qadağası kimi vəziyyətlərə qarşı tədbir görən Google, işlərin ləngiməməsi üçün ABŞ vətəndaşı ya da Google-ın ABŞ şirkətlərində işləyib bu ölkələrə ezamiyətə göndərdiyi işçilərini təkrar ABŞ ofisinə toplayacaq.

Texnologiya sektoru hər nə qədər Donald Trump-ın bu qərarına qarşı birlik olub qarşı çıxsada bir dediyini ikinci dəfə təkrar etməyən Trump, bu qərardan geri addım atmayacaq kimi görsənir. Görək qarşıdakı günlərdə Trump-ın Müsəlmanlarla bağlı olan bu siyasəti necə bir hal alacaq.

Son xəbərlər
Digər xəbərlər