10 C
Baku
Saturday, November 16, 2024

İlon Mask prezident fərmanına düzəliş təklif edəcək

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri, ABŞ prezidentinin biznes məsələləri üzrə ştatdankənar müşaviri İlon Mask “Twitter”də öz izləyicilərinə müraciət edib.

İ. Mask insanlardan xahiş edib ki, D. Trampın 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyulması haqqında fərmanını oxuyaraq öz düzəliş təkliflərini ona bildirsinlər.

İş adamı bu təklifləri prezidentə çatdıracağını söyləyib: “Xahiş edirəm, fərmanı oxuyun. Nəyisə düzəltmək mümkündürsə, mənə bildirin. Bu məsələni məsləhət şurasında həll etməyə və nəticələri prezidentə çatdırmağa çalışacağam”.

Qeyd edək ki, D. Trampın fərmanı ABŞ cəmiyyətində ciddi etirazlara səbəb olub.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər