10 C
Baku
Thursday, December 12, 2024

CNN-in Facebook səhifələri hack olundu

OurMine hacker qruplaşmasının üzvləri CNN kanalının Facebook səhifələrini hack ediblər.

Məlumata əsasən hackerlər, CNN International və CNN Politics səhifələrini ələ keçiriblər. Hackerlər həmin səhifələrdə öz loqolarını paylaşaraq ənənəvi ismarıclarını yerləşdiriblər. “Salam. Bu OurMine-dır. Biz sizin təhlükəsizliyinizi yoxlayırıq. Məlumat almaq üçün bizimlə əlaqə saxlayın” – deyə ismarıcda qeyd olunub. Güman olunur ki, sözügedən hacker qruplaşmasına 3 ərəbli məktəbli daxildir. Yarım saatdan sonra Facebook-un adminləri, CNN səhifələrini bərpa edərək hackerlərin ismarıclarını siliblər. Qeyd etmək lazımdır ki, sözügedən hacker qruplaşması, 23 Yanvar tarixində The New York Times qəzetinin Twitter səhifəsini hack edərək orada Moskvanın, ABŞ-a nüvə silahı ilə hücumu barəsində saxta xəbərlər paylaşmışdı. Müxtəlif zamanlarda isə OurMine, Mark Zukerberg-in, “Twitter”in yaradıcısı Jack Dorsey-in və “Yahoo”nun prezidenti Marissa Mayer-in səhifələrini hack etmişdir.

Son xəbərlər
Digər xəbərlər