11 C
Baku
Saturday, November 16, 2024

“Texnikabank” və “Gəncəbank” qorunan əmanətçilərinin diqqətinə

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq , 30 iyul 2007-ci il tarixdə 19 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Texnikabank” ” ASC 03 fevral 2016-cı il tarixində Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış, ona verilmiş şəhadətnamə ləğv edilmiş və 04 fevral 2016-cı il tarixdə bankda sığorta hadisəsi baş vermişdir.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3.-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Əmanətlərin Sığortalanması Fondu Ləğv prosesində olan “Texnikabank” ” ASC nin qorunan əmanətçilərinin diqqətinə çatdırır ki, qorunan əmanətçilərə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üçün son gün  12 fevral 2017-ci il hesab olunur. Bununla əlaqədar olaraq kompensasiyaların alınması üçün müraciət etməyən qorunan əmanətçilərdən 12 fevral 2017-ci il tarixə kimi kompensasiyaların geri alınması üçün Fonda müraciət etməkləri xahiş olunur.

“Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.4.-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

“GəncəBank”

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq , 30 iyul 2007-ci il tarixdə 25 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Gəncəbank” ASC 25 yanvar 2016-cı il tarixində Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış, ona verilmiş şəhadətnamə ləğv edilmiş və 28 yanvar 2016-cı il tarixdə bankda sığorta hadisəsi baş vermişdir.

“Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3.-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Əmanətlərin Sığortalanması Fondu Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinin diqqətinə çatdırır ki, qorunan əmanətçilərə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üçün son gün  04 fevral 2017-ci il hesab olunur. Bununla əlaqədar olaraq kompensasiyaların alınması üçün müraciət etməyən qorunan əmanətçilərdən 04 fevral 2017-ci il tarixə kimi kompensasiyaların geri alınması üçün Fonda müraciət etməkləri xahiş olunur.

“Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.4.-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

Son xəbərlər
Digər xəbərlər