15 C
Baku
Tuesday, April 30, 2024

“Bloomberg”: Sanksiyaların ləğvi rublu bahalaşdıracaq

Rusiyaya qarşı tətbiq olunan iqtsadi sanksiyalar ləğv ediləcəyi təqdirdə rublun məzənnəsi 5-10% möhkəmlənə bilər. Bu qənaətə “Bloomberg” agentliyinin 27 iqtisadçı arasında apardığı sorğunun nəticəsində gəlinib. 

Lakin ABŞ-ın anti-Rusiya sanksiyalarını ləğv edəcəyi ilə bağlı ehtimallar 2017-ci ildə azalaraq 35%-ə düşüb. Fransanın “Societe Generale” bankının analitikləri araşdırmalarında sansksiyaların ləğv edilməsi durumunda Rusiyada dolların məzənnəsinin 50,00 RUB/USD-dən aşağı enəcəyini proqnozlaşdırırlar. Onların fikrincə, bu halda Rusiya Bankı (Mərkəzi Bank) valyuta intervensiyalarına başlaya bilər.

Qeyd edək ki, ABŞ və Rusiya prezidentləri arasında bir neçə gün əvvəl keçirilən telefon danışığı zamanı sanksiyalar barədə müzakirə aparılmayıb. Hazırda Rusiyanın nağd valyuta bazarında dolların məzənnəsi 60,00 RUB/USD səviyyəsində sabitləşib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər