Bir kişi yol ilə gedirdi. Arxadan gələn bir insan onu səsləsə də o arxaya çönmədi və yoluna davam etdi.
Onlar beləcə uzun müddət getdilər. Nəyahət ikinci yolçu bu vəziyyətdən bezdi və birdən qışqırdı:
— Ey, dayı, bax! Yerdə pullar var!
Qabaqda gedən kişi cəld geri döndü və dedi:
— Hanı?! Pullar hardadı?
— Bəs niyə əvvəl səni çağırdıqda dönmürdün? Mən ki bir saatdır səni çağırıram!
— Mən pis eşidirəm!
— Bəs onda necə olur ki, pulların adını eşidən kimi geri döndün?
— Oğlum, səncə bu dünyada pulların səsini eşitməyən, pul səsinə kar olan insan var?!