“Amazon” şirkətinin yaradıcısı və rəhbəri Ceff Bezos Vaşinqton ştatının prokuroru tərəfindən prezident Donald Trampın miqrantlarla bağlı sərəncamının ləğvi üçün qaldırılan məhkəmə iddiasını dəstəkləyib.
ABC-i xəbər verir ki, “Microsoft” və “Expedia” şirkətləri də məhkəmə iddialarını dəstəklədiklərini bildiriblər. Onlar bildiriblər ki, D. Trampın addımları Vaşinqton ştatına və burada fəaliyyət göstərən şirkətlərə ziyan vurur.
Xatırladaq ki, Vaşinqton ştatının prokuroru Bob Ferqüson prezident fərmanı ilə əlaqədar məhkəmədə iddia qaldıracağını açıqlayıb. San-Fransisko prokuroru Dennis Errera isə qeyri-leqal miqrantları federal hakimiyyət orqanlarına təhvil verməyən şəhərlərin maliyyələşdirilməsinin məhdudlaşdırılması barədə prezident fərmanı ilə bağlı məhkəməyə müraciət edib.