Banker.azın Yapı Kredi Banka istinadən verdiyi məlumata əsasən, bank 2016-cı ili 10 mln. manat zərərlə başa vurub. Bank ötən il yalnız 1-ci rübü mənfəətlə işləmişdir , qalan 3 rüb ardıcıl zərərlə yekunlaşdırmışdır.
Bankın bu qədər geriləməsinin səbəbi təbii ki problemli kreditlərin həcminin artmasıdır. Məlumat üçün bildirək ki, Yapi Kredi Bankın problemli kreditlərinin həcmi 50 mln. manatı keçib , kredit portfelinin həcmi isə 212 mln . manata yaxındır. Göründüyü kimi, kredit portfelinin təxminən 25% problemdədir. Halbuki, ölkə üzrə orta rəqəm təxminən 15% yaxındır (Mərkəzi Bankın məlumatına əsasən).
Qeyd olunan dövr ərzində bankın kapitalı 8 mln. manat azalaraq 50 mln. manata düşmüşdür. Buna baxmayaraq , bank öhdəlikləri artırmaq hesabına aktivləri artırmışdır. Hazırda bankın aktivlərinin ümumi həcmi 443 mln. manata bərabərdir.