Azərbaycan Mərkəzi Bank yanvarda “tam üzən məzənnə”yə keçidini elan etdi.
Keçirilən son 9 valyuta həracında manat üçün ucuzlaşma ilə yadda qaldı. Hətta, ötən ayın ortalarından sonra artım daha da yüksək tempdə davam etdi.
Banker.az-ın araşdırmasına görə, yanvarın 5-də ilk hərracda dollar/manat cütlüyü 1,7707 səviyyəsində müəyyən olunsa da ayın son günündə bu rəqəm 1,9165 olub. Bu isə manatın 30 gün ərzində dollara qarşı 8,23% zəifləmə deməkdir.
Lakin, yerli analitiklərdən biri dolların manata qarşı gələn aylarda 10% ucuzlaşaraq 1,80 olacağı qənaətindədir. Buna səbəb kimi, neft qiyməti, yeni ABŞ prezidentinin qərarları ilə bağlı qolabal bazarda dollara təsirini əsas gətirmişdilər. Əlavə olaraq, ekspertlətin fikrincə, rəsmi məzənnənin 2017-ci ildə 1,80-2,00 AZN/USD diapazonunda qalacağı ehtimal olunur.