17 yanvar 2017-cı il tarixində “Muğanbank” ASC-nin 01 dekabr 2016-cı il tarixində emissiyasına icazə verilmiş AZ1001005466 qeydiyyat nömrəli, ümumi məbləği 10 000 000 AZN təşkil edən, hər birinin nominal dəyəri 200 AZN olan 50 000 ədəd adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə dair yekun hesabat Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edillmişdir. Bu barədə Bankdan bildirilir.
Yerləşdirmədən sonra “Muğanbank” ASC-nin nizamnamə kapitalı 65 mln AZN-dən 75 mln AZN-dək artırılmışdır.