1. Azərbaycan Respublikası Mərkəzi Bankında istismarda olan kompüter, server və rabitə avadanlıqlarının ehtiyat hissələrinin satınalınması.
2. Azərbaycan Respublikası Mərkəzi Bankı üçün printer və surətçıxarma aparatı kartriclərinin satınalınması.
3. Mərkəzi Banka məxsus torpaq və tikililərin mühafizəsinin təşkil edilməsi.
Kotirovka sorğuları üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən əldə etmək olar.
Kotirovka sorğuları üçün möhürlənmiş və imzalanmış təklif zərfləri 13 fevral 2017-ci il saat 17.00-dək əlaqələndirici şəxs tərəfindən qəbul ediləcək və 14 fevral 2017-ci il saat 10.00-da Mərkəzi Bankın inzibati binasında açılacaqdır.
Kotirovka sorğusu ilə bağlı əlavə məlumat almaq üçün 493 11 22 (daxili 484) nömrəli telefonla əlaqə saxlamaq olar (əlaqələndirici şəxs Ramin İsgəndərov).