10 C
Baku
Wednesday, December 11, 2024

“Fitch” “ZiraatBank” və “YapıKredi Bank”ın kredit reytinqlərini azaldıb – Türkiyədə

“Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin 18 kommersiya bankının kredit reytinqini aşağı salıb. “Fitch”ə istinadən verdiyi xəbərə görə, kredit reytinqinin azaldılmasına səbəbin bu banklara Türkiyə hökuməti tərəfindən dəstəyin azalması ilə bağlı olduğu ehtimal edilir.

Agentliyin məlumatına görə, “Ziraat Bankası”, “Halk Bank”, “Vakıf Bank”, “Türkiye Sinai Kalkınma Bankası”, “Türkiyə Kalkınma Bankası” və “Türk Eximbank”ın kredit reytinqləri “BBB”-dən “BB+”a, “Akbank” və “İş Bankası”nın kredit reytinqləri isə “BB-“dan “B+”a endirilib.

Həmçinin, xarici sərmayəli banklardan “Türkiye Garanti Bankası”, “YapıKredi Bank”, “ING Bank”, “Türk Ekonomi Bankası”, “Finansbank”, “ICBC Turkey Bank”, “Burgan Bank”, “Alternatifbank”, “Küveyttürk Bank” və “Türkiyə Finans Katılım Bankası”nın kredit reytinqi isə “BBB”-dən “BBB-“a salınıb.

Xatırladaq ki, “Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin xarici valyutada uzunmüddətli müstəqil kredit reytinqini yanvarın 28-də “BBB-“dan “BB+”a endirib. Analitik qrupu bildirir ki, bankların reytinqinin azaldılması onların xarici bazarlardan borclanmasının maya dəyərini artıracaq. Bu da kredit faizlərinin yüksəlməsinə, nəticədə iqtisadi artımın yavaşlamasına gətirib çıxaracaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər