9 C
Baku
Thursday, December 12, 2024

Dünya Bankının vitse-prezidenti Bakıya gəlir

Dünya Bankının (DB) ilə Azərbaycan hökuməti arasında əməkdaşlıq prespektivlərinin müzakirə edilməsi məqsədilə cari il fevralın 9-da bankın Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Muller Bakıya səfər edəcək.

Bu barədə özəl olaraq bankın yerli nümayəndəliyindən məlumat veriblər.

Bankdan verlən məlumatda qeyd olunur ki, S.Muller Bakıda 1 gün olacaq: “Vitse-prezidentin Bakıda olduğu müddət ərzində hökumət nümayəndələri ilə görüşlər keçirəcəyi planlaşdırılıb”.

Qeyd edək ki, o, bu vəzifəyə 2015-ci il iyul ayında təyin olunub.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər