“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi “Xalq Bank” ASC-nin uzunmüddətli öhdəliklər reytinqini “B2”, proqnozu neqativ səviyyəsində saxlayıb. Bu barədə bankdan məlumat verilib.
Bankın qarşı tərəf riskinin dəyərləndirilməsi eyni səviyyədə təsdiqlənərək dəyişməz qalıb – B1(cr) / Not Prime(cr).
Perspektivləri dəyərləndirən “Moody’s” təhlilçiləri bəyan ediblər ki, “Xalq Bank”ın reytinqinin təsdiqlənməsi bankın bazardakı güclü mövqeyi, sabit depozit bazası, gəlirliliyi, aktivlərin keyfiyyəti və yüksək kapitallaşma səviyyəsi kimi amillərə əsaslanır.