7 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank tender elan edir

Müasir videomüşahidə sistem və avadanlıqlarının alınması və quraşdırılması məqsədilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq

 Açıq  tender  keçirir

 

1. Tender proseduru 10 mart 2017-ci il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.

2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

* tenderdə iştirak üçün yazılı müraciət;

* iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış) notarial qaydada təsdiq edilmiş surətləri;

* tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

* tenderdə iştirak haqqının ödənilməsi barədə  bank arayışı;

* iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

* Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

* Azərbaycan dilində iki nüsxədə (əsli və surəti) tender təklifi (tender təklifi 28 aprel 2017-ci il tarixədək qüvvədə olmalıdır);

* tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən bank təminatı  formasında);

* iddiaçının müvafiq sahədə korporativ müştəriləri və son 1 (bir) il üzrə iş təcrübəsini (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu daxil olmaqla) əks etdirən məlumatlar;

* tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumatlar.

3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 9 mart 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 27 fevral 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 200 (iki yüz) manat məbləğində vəsait köçürməlidirlər:

 Azərbaycan Respublikasının Mərkəzi Bankı

H/h: AZ25NABZ 01701190000000001944

M/h: AZ74NABZ 01451700000000001944

Kod: 501004

 VÖEN: 9900071001

5. Satınalmaya başlanma vaxtı: satın­alma müqaviləsi imzalandığı gündən.

6. Malların təchizatı və işlərin görülməsi müddəti: videomüşahidə sistem və avadanlıqlarının alınması və quraşdırılması tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 60 (altmış) təqvim günü müddətində təhvil verilməlidir.

7. Qiymətləndirmə meyarları: qiymət və texniki amillər (zəmanət, işlərin təhvil verilməsi müddəti).

8. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: İsrafil Əliyev (təhlükəsizlik departamentinin əməkdaşı). Telefon: 493-11-22 (287), faks: 493-17-71, elektron poçt ünvanı: [email protected].

Son xəbərlər
Digər xəbərlər