6 C
Baku
Sunday, December 15, 2024

Şərq ölkələrindən Azərbaycana işləməyə gələnlərin sayı sürətlə artır

Azərbaycana işləmək üçün gələn əcnəbilərin sayında 2016-cı ildə bütün əsas ölkələr üzrə artım baş versə də, ən kəskin dinamika Mərkəzi və Cənub-Şərqi Asiya ölkələri, daha dəqiq desək Özbəkistan, Banqladeş və Türkmənistan üzrə qeydə alınıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verilir.

Bu ilin əvvəlinə olan məlumata görə, Fondun fərdi uçot sistemində 33 940 əncəbi vətəndaş dövlət qeydiyyatına alınıb. Bu, ötən ilin əvvəli ilə müqayisədə 21,79% çoxdur.

Son bir ildə Azərbaycanda işləmək üçün icazə almış Özbəkistan vətəndaşlarının sayı 6,42 dəfə, Banqladeş vətəndaşlarının sayı 99,1%, Türkmənistan vətəndaşlarının sayı isə 54,93% artıb.

Ən aşağı dinamika isə Almaniya (6,64%), İran (7,77%), Çin (8,29%) və Gürcüstan (8,85%) vətəndaşlarının sayında qeydə alınıb. Göründüyü kimi il ərzində bu ölkələrdən Azərbaycana işləmək üçün gələnlərin sayı heç 10% artmayıb.

Əvvəlki kimi Azərbaycanda uçota durmuş əcnəbi işçilərin sayına görə ilk üçlükdə Türkiyə, Gürcüstan və Rusiyadan olan miqranlar qərarlaşıb. Bu ilin əvvəlinə adı çəkilən həmsərhəd ölkələrdən gələnlərin ümumi sayı 20 935 olub ki, bu da bütün əcnəbilərin 61,68%-ni təşkil edir. Ötən ilin əvvəlində bu rəqəm 18 507 və yaxud bütün əcnəbilərin 66,41%-i qədər olub.

Xarici ölkələr 01.01.2017 01.01.2016 İllik dinamika
1 Türkiyə 15 686 13 797 13,69%
2 Gürcüstan 3 285 3 018 8,85%
3 Rusiya 1 964 1 692 16,08%
4 Özbəkistan 1 817 283 6,42 dəfə
5 Hindistan 1 454 1 036 40,35%
6 İran 1 054 978 7,77%
7 Çin 927 856 8,29%
8 Banqladeş 880 442 99,10%
9 Pakistan 720 546 31,87%
10 Birləşmiş Krallıq 683 580 17,76%
11 Ukrayna 565 456 23,90%
12 Türkmənistan 330 213 54,93%
13 Filippin 309 256 20,70%
14 ABŞ 297 244 21,72%
15 Almaniya 273 256 6,64%
16 Qazaxıstan 258 223 15,70%
17 İtaliya 222 198 12,12%
18 Digər ölkələr 3 216 2 794 15,10%
Cəmi 33 940 27 868 21,79%
MənbəReport
Son xəbərlər
Digər xəbərlər