22 C
Baku
Friday, October 4, 2024

AMB açıq tender elan edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı lotlar üzrə AÇIQ TENDER ELAN EDİR

Lot 1: Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı şəhəri Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən əsas inzibati binasında 1600 kVA-lıq transformator qurğusunun təchizatı və quraşdırılması işlərinin satınalınması;

Lot 2: Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı şəhəri Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən əsas inzibati binasında qaz tipli avtomatik yanğınsöndürmə sisteminin təchizatı və quraşdırılması işlərinin satınalınması;

Lot 3: Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzi ofisinin və Sumqayıt ehtiyat mərkəzinin inzibati binalarında quraşdırılmış kəsintisiz elektrik mənbələri (UPS) üçün ehtiyat hissələrinin təchizatı və quraşdırılması işlərinin satınalınması;

Lot 4: Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzi ofisinin və regional ərazi idarələrinin inzibati binalarında quraşdırılmış yanğınsöndürmə qurğularına, sistem və avadanlıqlarına texniki xidmətin satınalınması;

Lot 5: Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzi ofisinin və regional ərazi idarələrinin inzibati binalarında istismar olunan isitmə-soyutma-havalandırma, su-kanal sistem və avadanlıqlarına texniki xidmətin satınalınması;

Lot 6: Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzi ofisinin və regional ərazi idarələrinin inzibati binalarında quraşdırılmış elektrik avadanlıqlarına texniki xidmətin satınalınması;

Lot 7: Azərbaycan Respublikasının Mərkəzi Bankına məxsus nəqliyyat vasitələrinə texniki xidmətin satınalınması;

Lot 8: Azərbaycan Respublikası Mərkəzi Bankının əsas inzibati binasında quraşdırılmış Avtomatlaşdırılmış Telefon Stansiyası OpenScape Business üçün İP telefon aparatlarının satınalınması.

Tender proseduru 03 aprel 2017-ci il tarixində saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90) keçiriləcəkdir.

2. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidir:

– tenderdə iştirak üçün ərizə;

– iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri;

– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

– tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;

– iki nüsxə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (tender təklifi 16 may 2017 –ci il tarixinədək qüvvədə olmalıdır);

– tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada);

– son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması barədə dövlət orqanından arayış;

– tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.

3. İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını 31 mart 2017-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 15 mart 2017-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına hər bir iştirak etdiyi lot üzrə 50 (əlli) manat məbləğində vəsait köçürməlidir:

Azərbaycan Respublikasının Mərkəzi Bankı,

Kod 501004, VÖEN 9900071001,

Hesab: AZ25NABZ01701190000000001944,

Müxbir hesab AZ74NABZ01451700000000001944,

S.W.I.F.T. BİK NABZAZ2C

Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti.

5. Satınalmaya başlanma vaxtı: Lot 1, Lot 2, Lot 3, Lot 5, Lot 7 və Lot 8: satınalma müqaviləsi imzalandığı gündən;

Lot 4: 01.10.2017-ci il tarixindən;

Lot 6: 01.07.2017-ci il tarixindən.

6. Malların təchizatı və işlərin görülməsi müddəti:

Lot 1: satınalma müqaviləsi imzalandığı gündən 120 (bir yüz iyirmi) təqvim günü müddətində;

Lot 2, Lot 3: satınalma müqaviləsi imzalandığı gündən 90 (doxsan) təqvim günü müddətində;

Lot 4, Lot 5, Lot 6: dövri olaraq 1 (bir) il müddətində;

Lot 7: 1 (bir) il müddətində;

Lot 8: satınalma müqaviləsi imzalandığı gündən 60 (altmış) təqvim günü müddətində.

7. Qiymətləndirmə meyarları:

Lot 1, Lot 8: qiymət və zəmanət şərtləri;

Lot 2, Lot 3: qiymət və texniki amillər (iş təcrübəsi və əməkdaşların peşəkarlığı, zəmanət şərtləri);

Lot 4, Lot 5, Lot 6, Lot 7: qiymət və texniki amillər (maddi-texniki baza (peşəkar və sertifikatlaşmış işçi heyəti və zəruri avadanlıqların sayı), iş təcrübəsi (oxşar işlər üzrə korporativ müştərilərin sayı) və zəmanət şərtləri).

8. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş müvafiq lot üzrə tenderin Əsas şərtlər toplusunu əldə edə bilər.

Əlaqələndirici şəxs:

Elvin Şirdanov (Hüquq departamentinin əməkdaşı), telefon: 493-11-22 (dax.tel: 428)

Ceyhun Səməndov (İnzibati departamentin əməkdaşı), telefon: 493-11-22 (dax.tel: 599).

Tender Komissiyası

Son xəbərlər
Digər xəbərlər