“Caspian Development Bank (CDB)” ASC
Vakansiya: Satış Mütəxəssisi
İşçinin Vəzifələri:
• Bankın iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, bankı müştəri qarşısında təmsil etmək;
• Yeni müştəriləri cəlb etmək və onlarla uzunmüddətli əlaqələr yaratmaq;
• Mövcud müştərilərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək;
• Kredit portfeli planının icrasını və korporativ məhsulların çarpaz satışını təmin etmək;
• Müvafiq kredit prosedurlarına uyğun olaraq müştəri ilə sorğu keçirmək;
• Müştərinin ərizəsini qəbul etmək və biznes sahəsinə vizitlər etmək;
• Müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq;
• Kredit komitəsinin qərarına əsasən krediti rəsmiləşdirmək;
Tələb olunan kriterilər:
• İqtisadiyyat, maliyyə və ya menecment sahələrində ali təhsil;
• Korporativ və ya private bankçılıq satış sahəsində ən azı 3 illik təcrübəyə malik olmaq;
• Kredit təhlili və riskin idarəedilməsi üzrə bilik və bacarıqlara malik olmaq;
• Yüksək ünsiyyətqurma bacarığı;
• Azərbaycan, Rus və Ingilis dillərində sərbəst danışıq;
• MS Office proqramlarında (xüsusilə Word, MS Excel, Power Point proqramlarında) sərbəst şəkildə işləmək bacarığı.
CV-lərinizi [email protected] mail ünvanına göndərməyinizi xahiş edirik. CV-ni göndərərkən mail-ın “subject” hissəsində müraciət etdiyiniz vakansiyanın adının göstərilməsini xahiş edirik. Qeyd etmək istərdik ki, yalnız açıq vakansiya üzrə verilmiş kriterilər, iş təcrübəsi və bacarıqları uyğun olan namizədlərlə əlaqə saxlanacaq.