Vakansiya 1: Satış Nümayəndəsi (Soyuq satış)
ƏMƏK HAQQI: 700-1200 AZN
• Ərzaq və qeyri-ərzaq mallarının realizəsini təşkil etmək;
• Cəmiyyətin ticarət və yayım şəbəkələrinin işini əlaqələndirmək;
• Əmtəə bazarının analizi və xüsusiyyətlərini tədqiq etmək;
• Satışın stimullaşdırılması üçün tədbirlər görmək;
Tələblər:
• Ali təhsil;
• Sürücülük vəsiqəsi;
• Satış sahəsində iş təcrübəsi;
• Satışın analizini aparmaq bacarığı;
• Bakı şəhərinin satış nöqtələrini yaxşı tanımalı;
• Bakı şəhərində qeydiyyatda olmalı;
• Kompüterdə sərbəst işləmək bacarığı;
• Ünsiyyətcil;
• İnkişafa meyilli;
• Öz üzərində işləyən;
• Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı
• Yaş həddi 25-35 arası
CV göndərərkən mövzu qismində ” Satış Nümayəndəsi ” sözünün yazılması mütləqdir.
Qeyd: Şəxsi avtomobili olanlara üstünlük verilir. E-mail: [email protected]
Vakansiya 2: Müştəri Xidmətləri üzrə Menecer
Tələblər:
• Yalnız xanımlar üçün!
• Ali təhsil;
• Rus və ingilis dillərini sərbəst bilməli;
• Kompüter proqramlarında sərbəst işləmək bacarığı;
• Ünsiyyətcil olmalı;
• İnkişafa meyilli olmalı;
• Kollektivlə işləməyi bacarmalı;
• İş təcrübəsi 1-3 il
• Yaş həddi 23-30 yaş
İş haqqında:
• Müştərilərin və digər şəxslərin qarşılanması;
• Müştərilərə lazım olan ilkin məlumatın verilməsi;
• Onların lazımı şəxsə istiqamətləndirilməsi;
• Qəbul qaydalarına müvafiq olaraq, şirkət və müştəri münasibətlərinin müsbət inkişafının təmin edilməsi;
• Buraxılış sənədlərində qeydiyyatın aparılması,
• Şirkətə ünvanlanmış məktub və digər sənədlərin qəbul edilməsi, yaxud aidiyyatı struktur vahidlərinə verilməsinin təşkili,
• Şirkətə ünvanlanmış telefon zənglərinə cavab verilməsi və s.
• İşgüzar münasibət etikasını;
• Müasir texniki vasitələrlə məlumatın analizi.
CV göndərərkən mövzu qismində “Müştəri xidmətləri üzrə Menecer” sözünün yazılması mütləqdir. E-mail: [email protected]