1 C
Baku
Saturday, December 14, 2024

ABŞ Senatı yeni maliyyə nazirinin namizədliyini təsdiqləyib

ABŞ Senatı Stiven Mnuçinin Maliyyə nazirliyinin rəhbəri vəzifəsinə namizədliyini təsdiq edib.

Banker.azın APA-ya istinadən verdiyi məlumata görə, S. Mnuçinin namizədliyinin lehinə 53, əleyhinə isə 47 senator səs verib.

53 yaşlı Stiven Mnuçin 1985-2002-ci ildə ABŞ-ın ən iri korporasiyalarından biri olan “Goldman Sachs”-da çalışıb.

S.Mnuçin həmçinin “Dune Capital Management”, “OneWest Bank Group” və “RatPac-Dune Entertainment” kimi şirkətlərin təsisçisidir. “RatPac-Dune Entertainment” məşhur “Avatar”, “İks-adamlar” (X-Men) və sair filmlərə prodüserlik edib.

Son xəbərlər
Digər xəbərlər