Rusiya və Türkiyədə dollar və avro yerli valyutalara qarşı zəifləyir.
Moskva birjalarında keçirilən hərraclarda avronun kursu da 17 aylıq anti rekordunu yeniləyib
Banker.az Gazeta.ru saytına istinadən xəbərinə görə, dollar/rubl məzənnəsi 54 qəp enərək, 75,50 səviyyəsində müəyyən olunub. Avro da 14,15 qəp ucuzlaşaraq 60,97 rubla ticarət olunur.
Türkiyədə…
Anadolu agentliyinin verdiyi xəbərə görə, dollar Türkiyədə ayın ən ucuz qiymətinə kimi ucuzlaşıb. Belə ki, USD/TRY 3,70 səviyyəsindən azalaraq 3,6691 səviyyəsində qapanıb.
Gürcüstanda…
Gürcüstanın Milli Bankının son açıqlamasına əsasən, dollar son iş günü 2,6223 lari olsa da bu gün 0,0065 artaraq 2,6288 lari olub.







