NokiaPowerUser adlı mənbə, təqdimata hazırlaşan Nokia 3 modeli haqqında məlumatları təqdim edib.
Mənbənin verdiyi məlumatlara əsasən Nokia 3, 5.2 və ya 5.3 inç HD ekran, Snapdragon 425 prosessoru, Adreno 308 qrafik çipi, 2 GB RAM, 16 GB daxili yaddaş ilə təchiz olunacaq. Kameralara gəldikdə isə smartfon 13 MP-lik arxa və 5 MP-lik ön kameraya sahib olacaq. Nokia 3, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq. Onun güman edilən qiyməti 149 avrodur. Nokia 3 bu ayın sonunda keçiriləcək MWC 2017 sərgisində təqdim olunacaq. Bu modeldən əlavə olaraq “HMD Global” şirkəti, sərgidə həmdə əlavə iki modeli də təqdim edəcək. Onların Nokia 5 və 3310 modelinin davamçısı olacaqları qeyd edilir.