10 C
Baku
Wednesday, December 11, 2024

Rusiya və Türkiyədə dollar hərəkətləndi

Azərbaycanın əsas ticarət tərəfdaşlarınln valyutaları dollar və avroya qarşı zəifləyib.

Rusiya Mərkəzi Bank tərəfindən dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb.

Banker.az Gazeta.ru saytına istinadla xəbər verir ki, dollar 49,14 qəp. bahalaşaraq 58,72 rubl olub. Avro 62,91 qəp. artaraq 60,91 rublda qərarlaşıb.

Türkiyə birjalarında dolların sərt dinamikası hiss olunmasada lirə qarşısında günorta saatlarına kimi bahalaşma müşahidə edilib. Bigparanın son göstəricilərinə əsasən, USD/TRY məzənnəsi 3,66 dan 3,6752 səviyyəsinə kimi artıb. Avro da hal hazırda 0,002 artımla 3,9111 lirəyə ticarət olunur.

Gürcüstanın Milli Bankının bu gün üçün açıqladığı məzənnəyə əsasən USD/GEL 2,6467 səviyyəsindən  2,6447 səviyyəsinə kimi enib. Manat da lari qarşısında zəifləyib. Belə ki,ötən gün 1,5264 lari olan manat bu gün kəskin enərək  1,5027 lari olub.

Son xəbərlər
Digər xəbərlər