Öhdəliklər
- Biznes proseslərin təhlili və tələblərin müəyyənləşdirilməsi;
- Biznes proseslərin xəritəsinin hazırlanması;
- Biznes proseslərin müəyyən edilməsi və tətbiqi;
- Mövcud biznes proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
- Biznes proses üzrə Texniki tapşırığın yazılması.
Tələblər
- İnformatika və riyazi sahədə ali təhsil;
- C# və PL SQL proqramlaşdırma dilləri üzrə biliklər;
- Bank sektorunda hesabatların tərtib edilməsi sahəsində iş təcrübəsi;
- Maliyyə sahəsində iş təcrübəsi;
- Kredit, əməliyyat və müştəri xidmətləri sahəsində iş təcrübəsi;
- Layihələr üzrə PMO bacarıqlarının olması;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti;
- Fərdi və komanda ilə işləmək qabiliyyəti;
- MS Visio proqramı üzrə biliklər.
Resume üçün link: https://kapitalbank.az/career/Emeliyyat-Departamentinin-Emel-3?hl=az
Vakansiyanın adını mövzu hissəsinə qeyd etməklə [email protected] ünvanına göndərin.