13 C
Baku
Friday, November 22, 2024

Müəllimlər üçün kreditlərin reytinqi ( 15.11.2013)

Təbii ki, indiki zamanda hər kəsin kreditə ehtiyacı vardır. Bu sıraya əməkhaqqıları heç də yüksək olmayan müəllimlər də daxildir. Müəllimlər iş yerindən arayış gətirməklə və ya bankların şərtlərindən asılı olaraq, digər sənədləri təqdim etməklə nağd pul krediti təklif edən banklardan kredit əldə edə bilər. Amma bəzi banklarda müəllimlər üçün ayrılıqda kredit məhsulu ayrılmışdır ki, müəllimlər də həmin banklardan istədikləri kreditləri daha güzəştli şərtlərlə əldə edə bilərlər.

Bu kreditlər, orta ümumi təhsil, orta ixtisas, peşə və ali məktəblərdə, məktəbəqədər tərbiyə müəssisələrində çalışan şəxslər üçün ayrılıb. Kreditin şərtləri isə əməkhaqqınıza görə dəyişə bilər. Bu zaman sizdən iş yerindən arayış, şəxsiyyət vəsiqəniz və məbləğdən asılı olaraq zamin tələb oluna bilər.

Hazırda bu məhsul adı altında ayrılan kreditlər haqqında daha ətraflı məlumatı aşağıdakı reytinqdən ala bilərsiniz. Bankların kredit təklifləri isə müxtəlifdir. Hər bankın faiz dərəcəsi, kredit üçün ayırdığı məbləğ, komisyon haqqı bir–birindən fərqlənir.

Bankların bu kredit üzrə təklif etdikləri göstəriciləri öyrənmək üçün aşağıdakı cədvələ nəzər yetirin.

Qeyd edək ki, reytinq banklardan Müştəri qismində əlaqə saxlanılaraq hazırlanmışdır. Əgər bankla əlaqə saxladığınız zaman Sizə fərqli məlumatlar verilibsə aşağıda şərh yazmağı unutmayın!

 Ətraflı məlumat üçün məhsulun adına klik edin

N

Bankın adı

Məhsulun adı

Min/MaxMəbləğ

Min/Max.Müddət

Min/Maxİllik Faiz

Komisyon

Təminat

1

Azər-Türk Bank

Təhsil müəssisələrininəməkdaşları üçün

1000AZN

12 ay

20%

1%

İstənilən halda -1 zamin tələb olunur

3 000 AZN

36 ay

25%

2%

2

Expressbank

Təhsil işçiləri üçün kredit

500 AZN

3 ay

26%

3%

2 000 AZN – zaminsiz

6 000 AZN

24 ay

26%

3%

4 000 AZN -dən yuxarı – 1 zamin

3

Nikoil Bank

Təhsil işçiləri üçün kredit

500 AZN

6 ay

26%

3%

2 000 AZN-dən yuxarı-1 zamin tələb olunur

5 000 AZN

36 ay

28%

3%

4

TuranBank

Müəllim krediti

401 AZN

12 ay

26%

4%

1500 AZN-dək zaminsiz;
2500 AZN-dək 1  zamin;
5500 AZN-dək 2  zamin.

5 500 AZN

30 ay

29%

4%

5

Amrahbank

Təhsil sahəsindəçalışanlara kredit

300 AZN

3 ay

30%

4%

2 000 AZN- dən yuxarı- 1 zamin tələb olunur

5 000 AZN

24 ay

30%

6%

6

DəmirBank

Təhsil işçilərinə kredit

500 AZN

6 ay

32%

2%+1,5%

Məbləğ 2000 AZN-dən yuxarı olduqda zaminin gəlirini təsdiq edən sənədlər tələb olunur

2 000 AZN

24 ay

36%

2%+1,5%

7

Unibank

Müəllimlər üçün kredit

300 AZN

3 Ay

30%

5%

5 000 AZN dən yuxarı -1 zamin tələb olunur

7 500 AZN

48 ay

36%

7%

8

Bank of Baku

Təhsil işçiləri üçün kredit

300 AZN

3 ay

32%

5%

  Kreditin məbləği 2000 AZN artıq olduqda 1 nəfər zamin tələb olunur

5000 AZN

24 ay

36%

7%

Redaksiya ilə əlaqə (012) 595 03 95

Son xəbərlər
Digər xəbərlər